Azərbaycanda sərnişin avtobusu qəzaya düşüb, 10 nəfər xəsarət alıb - FOTO

Bakı. 13 yanvar. REPORT.AZ/ Qusar rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə Qusar-Xudat yolunun 8-ci kilometrliyində qeydə alınıb. 

Qusar sakini Zöhrabey Yüzbəyovun idarə etdiyi Qusar-Yuxarı Zeyxur marşrutu ilə hərəkət edən sərnişin avtobusu Xudat sakini Rüfət İlyasovun idarə etdiyi "VAZ-21099" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində mikroavtobusda olan 10 nəfər xəsarət alıb. 

Yol qəzasının baş verməsinə səbəb ilkin versiya olaraq yolun buzlu olması göstərilir. Hadisənin dəqiq səbəbləri aparılan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41