Azərbaycanda saxta pul əsginazları satan şəxs saxlanılıb

Bakı. 5 noyabr. REPORT.AZ/ Azərbaycanda saxta pul əsginazları satan şəxs saxlanılıb. "Report" Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə Cəlilabad rayonunda baş verib.

Cəlilabad Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Rüstəm Əlibabayev printerdə hazırlanan 135 ədəd 100 manatlıq, 119 ədəd 50 manatlıq, 144 ədəd 20 manatlıq, 177 ədəd 10 manatlıq, 152 ədəd 5 manatlıq və 2 ədəd 1 manatlıq (ümumilikdə 24862 manat) əsginazı Göytəpə şəhərində satarkən saxlanılıb.

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma başlanılıb, istintaq aparılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27
Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54