Ədliyyə Nazirliyinin penitensiar müəssisələrində hazırda 651 əcnəbi cəza çəkir.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 2026-cı il ərzində 88 əcnəbi cəzasını çəkdikdən sonra Dövlət Miqrasiya Xidmətinə təhvil verilib.
Qeyd olunub ki, 2026-cı il ərzində barəsində azadlıqdan məhruməetmə ilə bağlı məhkəmə hökmü çıxarılmış əcnəbilərin sayı 79-dur.