Azərbaycanda oğul atasını döyərək xəsarət yetirib

Bakı. 29 sentyabr. REPORT.AZ/ Xaçmaz şəhərində oğul atasını döyərək xəsarət yetirib. "Report"un məlumatına görə, rayon sakini, 32 yaşlı Namiq İbrahimov atası, 61 yaşlı Nadir İbrahimovu döyüb. 

Yaralı kəllə-beyin travması, baş beyinin və təpə nahiyəsinin əzilməsi diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin ehtimallara görə, oğul atasının başına dəmir parçası ilə bir neçə zərbə endirib.

Digər xəbərlər

Şahbuzda zəlzələ olub 04 avqust, 2026 / 12:08
İmişlidə zəlzələ olub 03 avqust, 2026 / 22:17