Azərbaycanda məşhur şirkət rəhbərinə qarşı dələduzluq edilib

Bakı. 24 avqust. REPORT.AZ/ Azərbaycanda məşhur şirkət rəhbərinə qarşı dələduzluq edilib. Bu barədə “Report”a Binəqədi Rayon Polis İdarəsindən (RPİ) məlumat verilib.

Belə ki, “Mətanət-A” şirkətinin rəhbəri Elxan Bəşirov Binəqədi RPİ-yə müraciət edərək tanıdığı şəxs tərəfindən ona məxsus 10 min manata yaxın vəsaiti dələduzluq yolu ilə ələ keçirdiyini, hazırda həmin şəxsin pulu qaytarmaq istəmədiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47