Bakı. 7 may. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Aksiz Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda aksiz markasız siqaretin və arağın realizə edilməsinin qarşısını alıblar.
"Report" DGK-ya istinadən xəbər verir ki, Baş İdarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Azərbaycan vətəndaşının idarə etdiyi "Renault Tondar 90" markalı minik avtomobili Bakı-Quba yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində saxlanılıb.
Avtomobilə baxış zamanı, küllli miqdarda aksiz markasız "Marlboro", "King" siqaretləri və " Nemiroff" araqları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.