Azərbaycanda kənd xəstəxanasında yanğın olub

Bakı. 7 fevral. REPORT.AZ/ Biləsuvarda kənd xəstəxanasında yanğın olub. 

"Report" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın rayonun Xırmandallı kəndində Səhiyyə Nazirliyinə məxsus kənd xəstəxanasında qeydə alınıb. 

Ümumi sahəsi 360 kv.m olan birmərtəbəli korpusun 9 kv.m olan otaqda 1 ədəd elektrik qızdırıcı və masa 1 kv.m sahədə yanıb. İnzibati binanın qalan hissəsi yanğından mühafizə olunub. 

Digər xəbərlər

Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54