Azərbaycanda İran vətəndaşından külli miqdarda narkotik vasitə götürülüb

Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycanda İran vətandaşında külli miqdarda narkotik vasitə aşkarlanıb. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Biləsuvar Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Amankənd kəndində İran İslam Respublikasının vətəndaşı Həmid Qureyşi Mirətadan 5 kiloqram tiryək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27