Bakı. 14 avqust. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Türkiyədən Azərbaycana idxal gömrük proseduru altında daxil olan yük avtomobili "HCVG vizual - Smiths Detection" yoxlama-baxış sistemindən keçirilib.
“Report” DGK-nın Mətbuat xidmətinə istinadən xəbər verir ki, bu zaman monitorda yük-müşayiət sənədlərində göstərilən mallarla uyğun olmayan təsvirlər görünüb.
Təkrar baxış zamanı nəqliyyat vasitəsindən gömrük orqanına bəyan olunmayan 36 top müxtəlif ölçülü elektrik kabelləri, 9 qutu plastik kabel kanalları və 12 top elektrik izolyasiya boruları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.