Azərbaycanda gömrük nəzarətindən gizlədilmiş 1 200 ədəd siqaret aşkar edilib

Bakı. 30 oktyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana piyada gələn ölkə vətəndaşının üzərinə gömrük baxışı keçirilib.

“Report” DGK-ya istinadən xəbər verir ki, gömrük baxışı zamanı, həmin şəxsin üzərində gömrük nəzarətindən gizlədilmiş 1 200 ədəd "Marlboro" markalı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47