Azərbaycanda gömrük nəzarətindən gizlədilən mobil telefonlar və aksesuarları aşkar edilib

Bakı. 25 avqust. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi "Naz Lifan" markalı avtomobilə gömrük baxışı keçirilib.

“Report” DGK-ya istinadən xəbər verir ki, baxış zamanı vətəndaşın üzərində 6 ədəd "X-BO" markalı mobil telefon və həmin telefonlara aid 12 ədəd USB kabel və 12 ədəd "qulaqcıq" aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14