Azərbaycanda evləri qəsdən yandıran şəxs saxlanılıb

Bakı. 10 noyabr. REPORT.AZ/ Azərbaycanda evləri qəsdən yandıran şəxs saxlanılıb. "Report" Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, noyabrın 8-də Sumqayıt Xəzər bağlar sahəsində şəhər sakini Sirac İdrisova və Mahmud Rəhimliyə məxsus evlər qəsdən yandırılıb. Sumqayıt Şəhər Polis İdarəsi 4-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəhər sakini Rəşad Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Digər xəbərlər

Naxçıvanda avtobus yanıb 10 iyul, 2026 / 15:02