Bakı. 12 noyabr. REPORT.AZ/ Siyəzən rayonunda bir gecədə 4 mağaza yaran dəstə tutulub. "Report" xəbər verir ki, oktyabrın 23-dən 24-nə keçən gecə rayonun H.Əliyev prospektində yerləşən 4 mağaza yarılıb.
Siyəzən Rayon Polis Şöbəsindən "Report"a verilən məlumata görə, şöbəyə daxil olan müraciətlər əsasında əməliyyat axtarış tədbirləri aparılıb: "Polis Şöbəsinə daxil olan müraciətlər əsasında araşdırma aparılıb və məlum olub ki, Seyfur Hörmət oğlu Həmidova məxsus marketdən 1400 manatlıq danışıq kartları, 2000 manatlıq siqaretlər, 150 manat nağd pul, bundan əlavə həmin küçədə yerləşən Nəbi Cəbi oğlu İbrahimova məxsus mağazadan 360 manat dəyərində geyim əşyaları, bu mağaza ilə üzbə-üz küçədə olan digər mağazalardan Balaqadəş Hafiz oğlu Mehtiyevə məxsus mağazadan 200 manat dəyərində siqaret və yenə həmin küçədə yanaşı olan Nəzər Umud oğlu Hüseynova məxsus mağazadan 200 manat dəyərində siqaret, 130 manat isə nəğd pul oğurlanıb".
Polis Şöbəsindən bildirilib ki, faktla bağlı polis şöbəsində əməliyyat axtarış tədbirlərinə başlanılıb: "Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində mağazalarda oğurluq edən şəxslər, Siyəzən rayon Həmyə kənd sakinləri - 1993-cü il təvəllüdlü Anar Əliverdi oğlu Dəmirli, 1993-cü il təvəllüdlü Əmrah Şahlar oğlu Allahverdiyev, Siyəzən şəhər sakini 1990-cı il təvəllüdlü Kamran Mirzəxan oğlu Qafarov və Baki şəhər sakini 1990-cı il təvəllüdlü Kamran Bədrəddin oğlu Bədəlov tutulub".
Polis Şöbəsindən bildirilib ki, saxlanılan şəxslərin başqa yerlərdə oğurluq edib-etmədikləri araşdırılır.
Azərbaycanda bir gecədə 4 mağaza yaran dəstə tutulub
Digər xəbərlər
Cəlilabadda açıq sahədə baş verən yanğın söndürülüb - Yenilənib
23 oktyabr, 2026 / 22:18
Gəncədə beşaylıq körpə ölüb
23 oktyabr, 2026 / 19:14
Pakistanda avtobusların toqquşması nəticəsində 12 nəfər ölüb
23 oktyabr, 2026 / 18:57
4 rayonda qanunsuz ağac kəsimi aşkarlanıb, təbiətə 40 min manatdan çox ziyan dəyib
23 oktyabr, 2026 / 17:54
Şərurda soyuducu anbarda bədbəxt hadisə baş verib, ölən və xəsarət alan var
23 oktyabr, 2026 / 17:26
Salyanda avtoqəza olub, ölən və yaralananlar var - Yenilənib
23 oktyabr, 2026 / 16:29
Göyçayda evlərdən 24 min manat oğurlanıb
23 oktyabr, 2026 / 16:21
Bakı, Gəncə və Sumqayıtda 82 kiloqram narkotik dövriyyədən çıxarılıb
23 oktyabr, 2026 / 15:31
Sel Dırnısda 15 evin təsərrüfat sahəsinə ziyan vurub, heyvanlar tələf olub - Yenilənib
23 oktyabr, 2026 / 14:12
Salyanda kişini elektrik cərəyanı vuraraq öldürüb
23 oktyabr, 2026 / 09:21
Neftçalada 13 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
22 oktyabr, 2026 / 22:57
Ordubadın Dırnıs kəndindən sel keçib
22 oktyabr, 2026 / 20:20
Naxçıvan Aqroservisin sədri həbs edilib
22 oktyabr, 2026 / 19:36
Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub
22 oktyabr, 2026 / 17:22
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
22 oktyabr, 2026 / 17:12
Almaniya beynəlxalq axtarışda olan şəxsi Azərbaycana ekstradisiya edəcək
22 oktyabr, 2026 / 12:33
Kürdəmirdə magistral su borusu partlayıb, rayon mərkəzi və 6 kənd susuz qalıb
22 oktyabr, 2026 / 11:20
Sumqayıtda mühafizəçi işlədiyi şirkətdən oğurluq etməkdə şübhəli bilinir
22 oktyabr, 2026 / 11:17
Qızını döydüyü üçün kürəkənini öldürən şəxsin cəzası 8 il endirilib
22 oktyabr, 2026 / 11:12