Azərbaycanda bir ailənin 4 üzvü pomidor turşusundan zəhərlənib

Biləsuvarda bir ailənin 4 üzvü pomidor turşusundan zəhərlənib.

“Report”un xəbərinə görə, hadisə fevralın 1-də, rayonun Günəşli kəndində qeydə alınıb.

Belə ki, 1958-ci il təvəllüdlü Adil Əhmədov, həyat yoldaşı Mərifət Xasıyeva, onların övladları – 1991-ci il təvəllüdlü Amil Əhmədov və 1997-ci il təvəllüdlü Sevanə Əhmədova evdə hazırladıqları pomidor turşusundan zəhərlənib.

Daha sonra onlar fevralın 2-də Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Həmin şəxslərə ilkin tibbi yardım göstəriləndən sonra Bakı şəhərində yerləşən Kliniki Tibbi Mərkəzə göndərilib.

Faktla bağlı araşıdrma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47