Azərbaycanda ahıl kişi dərmandan zəhərlənmə nəticəsində ölüb

Bakı. 23 avqust. REPORT.AZ/ Azərbaycanda ahıl kişi dərmandan zəhərlənmə nəticəsində ölüb.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, hadisə avqustun 22-də Abşeron rayonunun Goradil kəndində qeydə alınıb.

Həmin kənddə yaşayan 75 yaşlı Şahbaz Quliyev dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər