Azərbaycanda 900 ədəd pirotexniki vasitə müsadirə edilib

Bakı. 26 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Balakən Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında idarənin "Mazımçay" gömrük postunda ölkə vətəndaşının idarə etdiyi "Kia Sorento" markalı nəqliyyat vasitəsinə gömrük nəzarəti həyata keçirilib. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Məlumata görə, gömrük baxışı zamanı avtomobildən gömrük orqanına bəyan olunmayan 899 ədəd müxtəlif markalı pirotexniki vasitələr-petardalar və fişənglər aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Naxçıvanda avtobus yanıb 10 iyul, 2026 / 15:02