Azərbaycanda 3 maqnituda gücündə zəlzələ olub

Bakı. 27 sentyabr. REPORT.AZ/ Azərbaycanın Şamaxı rayonu ərazisində zəlzələ olub.

"Report" AMEA-nın Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, zəlzələ yerli vaxtla saat 00:32-də Pirquludan 12 km şimal-qərbdə baş verib.

Yeraltı təkanların episentri yerin 8 km. dərinliyində qeydə alınıb.

Digər xəbərlər

Şahbuzda zəlzələ olub 04 avqust, 2026 / 12:08
İmişlidə zəlzələ olub 03 avqust, 2026 / 22:17