Bakı. 30 oktyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.
Bu barədə “Report”a DGK-dan məlumat verilib.
Məlumata görə, yoxlama zamanı, həmin nəqliyyat vasitəsinin qapılarının və ön qanadlarının içərisində, üzərində "Warning Explosive" yazısı olan 420 qutu pirotexniki vasitə - petarda və üzərində "Magical Shots" yazısı olan 420 ədəd fişəng aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.