Azərbaycan yığması Avropa çempionatının elit-raund mərhələsinə vəsiqə qazanıb

Bakı. 31 oktyabr. REPORT.AZ/ 19 yaşadək qızlardan ibarət futbol üzrə Azərbaycan yığması Avropa çempionatının elit-raund mərhələsinə vəsiqə qazanıb. 

"Report" AFFA-ya istinadən xəbər verir ki, yığmamız ilkin seçmə mərhələdə bu gün son oyununu Albaniya komandasına qarşı keçirib. 

Qarşılaşma 0:0 hesabı ilə başa çatıb. Yığmamız ilkin seçmə mərhələni dörd xalla ikinci pillədə başa vurub.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39