Ukraynada Azərbaycan vətəndaşları həbs olunublar

Kiyev. 22 yanvar. REPORT.AZ/ Ukraynada paytaxt Kiyevin Dneprovskiy rayon polisi Azərbaycan vətəndaşları 1991-ci il təvəllüdlü Əhmədov Ruslan Baxış oğlunu və 1987-ci il təvəllüdlü Səlimov Faiq Orxan oğlunu saxlayıb.

“Report”un Kiyev bürosunun məlumatına görə, rayon məhkəməsi Azərbaycan vətəndaşları barədə 4 aylıq həbs qətimkan tədbiri seçib.

Hər iki azərbaycanlı avtomobil oğurluğunda ittiham olunsa da onlar ittihamla razılaşmırlar.

Qeyd edək ki, məlumatlara əsasən, son bir ildə Ukraynada 10-dan çox Azərbaycan vətəndaşı həbs olunub. 

Digər xəbərlər

Qaradağda top mərmisi aşkarlanıb 21 yanvar, 2026 / 10:19