Azərbaycan vətəndaşının maşınında gömrükdən gizlədilən siqaretlər aşkarlanıb

Bakı. 13 avqust. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi "Mercedes-Benz 190" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

"Report" DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı, nəqliyyat vasitəsinin salonunda gizlədilmiş 2000 ədəd "Parlament Super Slim" və 1180 ədəd "Parlament Carat" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14