Azərbaycan vətəndaşının əl yükündə narkotik vasitə aşkarlanıb

Bakı. 16 aprel. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşının əl yükləri yoxlanılıb. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Məlumata görə, yoxlama zamanı iki bükümdə xalis çəkisi 1,699 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47