Azərbaycan vətəndaşının daxili orqanında 4 büküm narkotik vasitə aşkar olunub

Bakı. 16 sentyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn ölkə vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb.

“Report” DGK-ya istinadən xəbər verir ki, zərurət yarandığı üçün vətəndaşın daxili orqanları həkim müayinəsindən keçirilib və nəticədə onun düz bağırsağında 4 ədəd bükümdə ümumi xalis çəkisi 2,67 qram olan narkotik vasitə - heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39