Azərbaycan vətəndaşını Rusiyadan deportasiya edirlər

Bakı. 27 oktyabr. REPORT.AZ/ Oğurluq etdiyinə görə mühakimə edilən və cəzasını çəkmiş 27 yaşlı Azərbaycan vətəndaşı Rusiyadan Vətənə deportasiya ediləcək.

"Report"un Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, Saratov vilayətinin Engels prokurorluğu deportasiyayadək onun xarici vətəndaşların müvəqqəti saxlanma mərkəzinə yerləşdiriləcəyi barədə qərar qəbul edib.

Xatırladaq ki, Azərbaycan vətəndaşı oğurluğa görə 5 il müddətinə azadlıqdan məhrum edilib. Bi il oktyabrın 20-də azadlığa buraxılıb. 

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47