​Azərbaycan vətəndaşı Rusiyada yol qəzasında ölüb

Bakı. 10 Avqust. REPORT.AZ/ Ötən gün axşam saatlarında Rusiyanın M-20 trassının (Sankt-Peterburq – Nevel) 424-cü kilometrliyində üç minik avtomobilinin iştirakı ilə yol qəzası baş verib.

“Report” xəbər verir ki, qəza zamanı “VAZ-2109”, “Ford Fusion” və “Hyundai Starex” markalı avtomobillər toqquşub.

“VAZ 2109”un Azərbaycan vətəndaşı olan 43 yaşlı sürücüsü təcili yardım gələnədək hadisə yerində keçinib.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47