Mingəçevir. 7 iyun. REPORT.AZ/ Mingəçevir şəhərində yerləşən Azərbaycan İstilik Elektrik Stansiyasının (İES) əməkdaşını iş zamanı ilan sancıb.
”Report”un Şirvan bürosu xəbər verir ki, İES-in fəhləsi, 1970-ci il təvəllüdlü Yaşar Sabir oğlu Kərimovu zavodda ehtiyyatsızlıqdan zəhərli ilan vurub.
Y.Kərimov iş yoldaşları tərəfindən xəstəxanaya çatırılıb. Onun vəziyyətinin ağır olduğu deyilir.