Azərbaycan Gürcüstan vasitəsilə Türkiyəyə tranzit etdiyi elektrik enerjisinin həcmini 10 dəfə artırıb

Ötən il Gürcüstan Azərbaycandan Türkiyəyə 136,16 milyon kilovatt/saat həcmində elektrik enerjisi tranzit edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında bildirilib.

Gürcüstan vasitəsilə tranzit yanvar, may-iyul ayları istisna olmaqla bütün il boyu həyata keçirilib.

İllik müqayisədə Azərbaycandan Türkiyəyə Gürcüstan üzərindən çatdırılan elektrik enerjisinin həcmi 10,1 dəfə artıb.

2018-ci ildə Azərbaycan Gürcüstan vasitəsilə Türkiyəyə yalnız fevral ayında 13,43 milyon kilovatt/saat elektrik enerjisi tranzit edib.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47