Azərbaycan gömrükçüləri 1 720 ədəd siqaret müsadirə edib

Bakı. 5 may. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-21063" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

“Report” DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı avtomobilin arxa oturacağının arxa hissəsindən aksiz markası olmayan, üzərində "Comet" yazısı olan 1720 ədəd siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər