Azərbaycan dövlətinin “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs Gürcüstanda tutulub

Bakı. 28 mart. REPORT.AZ/ Azərbaycanda axtarışda olan şəxs xarici ölkədə tutulub.

“Report”un xəbərinə görə, “İnterpol” xətti ilə axtarışda olan 1993-cü il təvəllüdlü Əlabbas Qurbanov Gürcüstanda saxlanılıb.

O, Azərbaycana ekstradisiya ediləcək.

Ə.Qurbanov Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə təqsirli bilinir. O, Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən axtarışa verilib.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14