Azərbaycan cüdoçuları Minskdə Qurban bayramını qeyd ediblər

Bakı. 23 avqust. REPORT.AZ/ Cüdo üzrə Azərbaycan milli komandası Belarusun paytaxtı Minsk şəhərində təlim-məşq toplanışındadır.

“Report” xəbər verir ki, Azərbaycan cüdoçuları bu şəhərdə təşkil olunan beynəlxalq toplantıda iştirak edərək Bakıda keçiriləcək dünya çempionatına hazırlaşırlar.

Avqustun 22-də millimizin üzvləri Minskidə müqəddəs Qurban bayramını da qeyd ediblər. Cüdoçularımız Qurban bayramı münasibətilə təbriklərini çatdıraraq, bu günlərdə ehtiyacı olan hər bir vətəndaşa kömək göstərilməsinin əhəmiyyətini vurğulayıblar.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47