Azadlıq prospektində yolu keçmək istəyən yeniyetməni maşın vurub

Bakı. 19 sentyabr. REPORT.AZ/ Bakının Nəsimi rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, Azadlıq prospektində yolu keçmək istəyən 2003-cü il təvəllüdlü Vəliyev Taleh Kənan oğlunu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Nəsimi Rayon Polis İdarəsi sürücünü saxlayıb.

Digər xəbərlər

Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37