Axtarışda olan Azərbaycan vətəndaşı Rusiyada saxlanılıb

Dövlətlərarası axtarışda olan 50 yaşlı Azərbaycan vətəndaşı Rusiyanın Penza vilayətində saxlanılıb.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, saxlanılan şəxs 2014-cü ildə dələduzluq əməli törətməkdə ittiham olunur.

Hazırda şübhəlinin Azərbaycana təhvil verilməsi məsələsi müzakirə edilir.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47