Avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb

Bakı. 6 noyabr. REPORT.AZ/ Bakı şəhərinin müxtəlif yerlərində avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb. "Report"un Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, əməliyyatı Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi, Metropalitendə Polis Şöbəsi və Suraxanı 31-ci Polis Bölməsi əməkdaşları birgə həyata keçiriblər.

Axtarış tədbirləri nəticəsində avqustun 29-da İslam Teymurova, sentyabrın 10-da Böyükağa Cabbarova və oktyabrın 10-da Vahid Şıxbabayevə məxsus avtomobilləri qaçırmış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Emil İsmayılov tutulub. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun paytaxt sakinləri Zahir Əzizov və İlqar Müslümlü ilə birgə noyabrın 1-də Məhərrəm Rzayevə məxsus avtomobildən maqnitofon və sənəd oğurlaması da müəyyən edilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə Z.Əzizov və İ.Müslümlü də tutularaq istintaqa təqdim olunub.

Faktla bağlı istintaq davam etdirilir.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27
Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54