Avtomobillərdən maqnitofon oğurlayan şəxs saxlanılıb

Avtomobillərdən maqnitofon oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, paytaxtın Nəsimi və Qaradağ rayonlarında müxtəlif vaxtlarda 5 avtomobildən maqnitofon oğurlanıb.

Hadisələr zamanı zərərçəkənlərə, ümumilikdə, 2144 manat maddi ziyan vurulub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, 23 yaşlı Y.İbrahimov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Digər xəbərlər

Qaradağda top mərmisi aşkarlanıb 21 yanvar, 2026 / 10:19
Ağsuda zəlzələ olub 21 yanvar, 2026 / 03:19
Yevlaxda beşotaqlı ev yanıb 20 yanvar, 2026 / 12:21
Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26