Bakıda piyadanın xəsarət alması ilə nəticələnən növbəti yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. Yolu keçən 1971-ci il təvəllüdlü Zeynalov Zeynal Nüsrət oğlunu minik avtomobili vurub.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sağ baldır sümüklərinin açıq sınıqları diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.