Avtomobildən akkumulyator oğurlayan şəxs saxlanılıb

Bakı. 24 avqust. REPORT.AZ/ Bərdə rayonunda avtomobildən akkumulyator oğurlayan şəxs saxlanılıb.

"Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Bərdə Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 27-də Zakir Şahverdiyevə məxsus "VAZ-2106" markalı avtomobildən akkumulyator oğurlayan rayon sakini, əvvəllər məhkum olunmuş Sərxan Sadıqov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26