Avtomobil xanım tələbəni vurub ayaqlarını sındırdı

Bakı. 31 yanvar. REPORT.AZ/ Lənkəran rayonunun Kərgəlan kəndi ərazisində  piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, 18 yaşlı Əlinur Şəbnəm Əlövsət qızı sahibi məlum olmayan avtomobil tərəfindən vurulub. Piyadanı vurduqdan sonra sürücü hadisə yerini tərk edib. Yaralı Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Məlum olub ki, onun ayaqlarının hər ikisi sınıb və kəllə-beyin travması alıb.

Qeyd edək ki, Ş.Əlinur Lənkəran Humanitar Kollecinin tələbəsidir.

Digər xəbərlər

Ağsuda zəlzələ olub 21 yanvar, 2026 / 03:19
Yevlaxda beşotaqlı ev yanıb 20 yanvar, 2026 / 12:21
Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26