Bakıda avtomobil qaçıran sərxoş sürücü saxlanılıb

Bakı. 15 dekabr. REPORT.AZ/ Bakıda avtomobil qaçıran sərxoş sürücü saxlanılıb. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Binəqədi qəsəbəsindən qəsəbə sakini Rasim Rüstəmova məxsus "VAZ-2106" markalı avtomobil qaçırılıb. Bakı Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçıran Bakı şəhər sakini İxtiyar Əliyev saxlanılıb.  İ.Əliyev Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Bölməsinə təhvil verilib. Araşdırma zamanı onun oğurluq edən zaman sərxoş vəziyyətdə olması müəyyən edilib.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45