Gədəbəydə ölümlə nəticələnən yol qəzası baş verib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, fevralın 3-də, saat 12 radələrində, Gədəbəy rayonunun Zəhmətkənd kəndi ərazisində Samanlıq kənd sakini Sadıq Musayev idarə etdiyi “VAZ-21213” markalı avtomobillə yolu keçən Şəmkir rayon sakini Bayram Əliyevi vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Gədəbəy Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.