Avropadan daha 18 azərbaycanlı deportasiya olunub

Belçika və Niderland krallıqlarında qanunsuz yaşayan müxtəlif millətdən miqrantlar növbəti dəfə deport olunub.

"Report"un Avropa bürosunun məlumatına görə, bunlardan 18-i azərbaycanlıdır.

Azərbaycanlılardan 11-i Belçikadan, 7-si isə Niderlanddan deportasiya edilib. Deporta səbəb qeyd olunan ölkələrdə saxta məlumat və sənəd əsasında yaşama olub. Yerli orqanlar tərəfindən bu, aşkar edilib və deportasiya qərarı verilib.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41