Astarada X sinif şagirdi itkin düşüb - FOTO

Bakı. 28 oktyabr. REPORT.AZ/ Astara rayonunda X sinif şagirdi itkin düşüb. "Report" xəbər verir ki, rayonun Rinə kənd sakini, 16 yaşlı Şahin Kərim oğlu Əliyev oktyabrın 26-da səhər saat 10 radələrində evdən çıxıb və geri qayıtmayıb.

Rinə kənd orta ümumtəhsil məktəbinin X sinfində oxuyan yeniyetmə ailəsi ilə birlikdə Küəş kəndində yaşayır. Onun axtarışı üçün qohumları ilə yanaşı, hüquq-mühafizə orqanları tərəfindən aparılan axtarışlar hələlik nəticə verməyib. Yağışlı hava şəraitində meşəyə getməyin məqsədəuyğun olmadığı ehtimalı da diqqətdə saxlanılır.

Qeyd edək ki, Ş.Əliyevin meşəyə qoz yığmağa getdiyi bildirilir.

Digər xəbərlər

Şəkidə 4 nəfəri çaqqal dişləyib 11 sentyabr, 2026 / 13:05