Astarada qəzaya uğrayan avtomobillərdən biri yanıb

Bakı. 14 noyabr. REPORT.AZ/Astarada rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

"Report"-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, qəza nəticəsində "Mercedes" markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanıb.

Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26