Astara rayonunda orta məktəb müəllimi qəzaya düşüb.
“Report” xəbər verir ki, hadisə 1981-ci il təvəllüdlü Nəbiyev Ramil Seyidəhməd oğlunun Hamoyşam kəndi ərazisində özünə məxsus avtomobildə idarəetməni itirməsi nəticəsində baş verib.
Yaralı Bakıya - 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Ona çanaq və döş qəfəsinin sınığı, həmçinin bədənin müxtəlif xəsarətləri diaqnozu qoyulub.
Xəstə aidiyyəti üzrə həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Ramin Şahbazov