​Astarada ikimərtəbəli ev yanıb

Bakı. 28 may. REPORT.AZ/ Bu gün Astara rayonunun Şiyəkəran kəndində yanğın hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə nəticəsində vətəndaşa məxsus ikimərtəbəli 6 otaqlı evin 1 otağının yanar konstruksiyaları və dam örtüyü yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 16:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

Şahbuzda zəlzələ olub 04 avqust, 2026 / 12:08
İmişlidə zəlzələ olub 03 avqust, 2026 / 22:17