Astarada gözətçi intihar edib

Astara rayonunda 42 yaşlı şəxs özünü asıb.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Astara dəmiryolu stansiyası ərazisində, Kələdəhnə deyilən yerdə qeydə alınıb.

Belə ki, gözətçi işləyən rayonun Maşğan kənd sakini Radiq adlı şəxs intihar edib. Hadisənin təfərrüatı məlum deyil.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45