Astarada bir nəfər dənizdə batıb

Astarada bir nəfər (kişi) dənizdə batıb.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisənin şəhərin "Bulvar" ərazisində baş verdiyi bildirilir.

İlkin məlumata görə, dənizdə batdığı bildirilən şəxs Masallı rayonu Kosagül kəndinin sakini, 1990-cı il təvəllüdlü Elmar Bəybala oğlu Məmmədlidir.

Bu barədə FHN-in Cənub Regional Mərkəzinə məlumat daxil olub.

Hazırda həmin şəxsin axtarışları aparılır.

Digər xəbərlər