Astarada baş vermiş yanğın söndürülüb

Astara rayonunun Şəvqo kəndi yaxınlığında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) həyata keçirdiyi zəruri və təxirəsalınmaz tədbirlər sayəsində söndürülüb.

Bu barədə “Report”a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanğın nəticəsində təxminən 2 hektar sahədə kol-kos və qurumuş ağaclar yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

Digər xəbərlər