Astarada avtomobil motosikletlə toqquşub, xəsarət alan var

Astarada avtomobil motosikletlə toqquşub.

“Report”un Cənub Mərkəzinin xəbərinə görə, hadisə nəticəsində motosikletin sürücüsü, Astara rayonu Giləkəran kənd sakini, 1994-cü il təvəllüdlü Bağır Hüseynəli oğlu Bağırzadə xəsarət alıb.

O, təcili yardım avtomaşını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14