Astara rayonunda Abşeron sakininin çantası oğurlanıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 30-da Abşeron rayon sakini T.Hüseynovanın içərisində 380 manat və 1000 ABŞ dolları, habelə qızıl-zinət əşyaları olan çantasını oğurlamaqda şübhəli bilinən Lənkəran şəhər sakini Ü.Şiriyeva saxlanılıb.