Astara və Quba rayonlarında bıçaqlanma hadisəsi baş verib

Bakı. 10 dekabr. REPORT.AZ/ Astara və Quba rayonlarında bıçaqlanma hadisəsi baş verib. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Astara Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 8-də Ehtiram Hüseynova bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vuran Əfsəl İsayev tutulub. 

Quba RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Fərid Ağayevə bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vuran şəhər sakini Fuad Şıxəliyev saxlanılıb.

Hər iki faktla bağlı cinayət işləri başlanılıb, istintaq gedir.

Digər xəbərlər

Daşkəsəndə yol çöküb 30 mart, 2026 / 11:46
Sumqayıtda mebel sexi yanıb 30 mart, 2026 / 10:50